Türkiyə Rusiyadan qorunmaq üçün bunu edəcək
Türkiyə hava sərhədinin Rusiya tərəfindən pozulmasından sonra rəsmi Ankara Suriya sərhədində “Patriot” havadan müdafiə sistemlərini yerləşdirmək barədə qərar verəcək.
Axar.az xəbər verir ki, İncirlik hərbi bazasında yerləşən ABŞ və Almaniyaya məxsus “Patriot” raketləri rəsmi Ankaranın tələbindən sonra Suriyanın sərhədinə gətiriləcək.
Xatırladaq ki, 2015-ci ilin noyabrın 24-də Rusiya qırıcısının Türkiyə hava sərhədini pozduğu üçün vurulmasından sonra NATO “Patriot” havadan müdafiə sistemlərini yenidən Türkiyədə yerləşdirmək barədə qərar vermişdi.
Mənbə:> Axar.az