ABŞ Türkiyə sərhəddindən dəstəyini çəkir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

ABŞ Türkiyə sərhəddindən dəstəyini çəkir – FOTO

ABŞ Türkiyə sərhəddindən dəstəyini çəkir


Suriyadan potensial hava və raket hücumlarından qorunmaq üçün ABŞ-ın Türkiyəyə göndərdiyi “Patriot” zenit-raket sisteminin xidmət müddəti uzadılmayacaq. ANS PRESS-in məlumatına görə, bu barədə avqustun 16-da həm ABŞ, həm də Türkiyə tərəfi rəsmi bəyanat yayıb. NATO-nin dəstəyi ilə 2013-cü ildə Türkiyə-Suriya sərhədi yaxınlığında qurulmuş hava sipərinin xidmət müddəti oktyabr ayında bitir. Bununla belə Pentaqon bildirib ki, ehtiyac yaranarsa ABŞ "Patriot" komplekslərini və şəxsi heyətini bir həftə ərzində yenidən Türkiyəyə qaytarmağa hazır olacaq.

ABŞ Türkiyə sərhəddindən dəstəyini çəkir
Patriot raketdən müdafiə sistemi


Bəyanatda, ABŞ hava müdafiə sisteminin təkamül edərək qlobal təhdidlərə cavab verə bilməsi, müttəfiqləri və tərəfdaşları daha effektiv qoruya bilməsi üçün bir sıra modernizasiya və yeniləmə işlərinin aparıldıqdan sonra sistemin yenidən Türkiyəyə qaytarılacağı qeyd edilib. Türkiyənin müdafiə nazirliyi isə, ayrıca bəyanatda Almaniyanın da Türkiyədəki 2 "Patriot" zenit raket batareyası və 250 nəfərdən ibarət şəxsi heyəti geri çağıracağını ictimaiyyətin diqqətinə çatdırıb.

ABŞ Türkiyə sərhəddindən dəstəyini çəkir


Xatırladaq ki, Amerika istehsalı olan “Patriot” raketdən müdafiə sistemi 2013-cü ildə Türkiyənin tələbi ilə bu ölkənin Suriya ilə sərhəd bölgəsinə yerləşdirilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *