Türkiyə Suriya ilə sərhəddə zirehli texnika yerləşdirir
Türkiyə Silahlı Qüvvələri bundan başqa Suriya ilə sərhəd əraziləri minalardan təmizləyəcək.
Türkiyə Suriya ilə sərhəddə zirehli texnika yerləşdirməyə davam edir.
Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə SQ müvafiq qərarı Suriya Azadlıq Ordusunun Cerablusda terrorçulara qarşı keçirdiyi “Fərat qalxanı” əməliyyatını dəstəkləmək çərçivəsində qəbul edib.
Yardım terror təhdidinin aradan qaldırılması, Türkiyə və Suriya sərhədində təhlükəsizliyin gücləndirilməsi, eləcə də beynəlxalq koalisiyanın dəstəklənməsi üçün göstərilir. Türkiyə-Suriya sərhədində tanklar və zirehli texnika yerləşdirir.
Bundan başqa, Türkiyə minaaxtaranları Suriya ilə həmsərhəd ərazini minalardan təmizləməyə davam edirlər.
Mənbə:> Oxu.Az