Rusiyanın müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb
Rusiyanın Ankaradakı müvəqqəti işlər vəkili Sergey Panov Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Müftüoğlu deyib.
Suriya ərazisindən açılan atəş nəticəsində türk əsgərinin həlak olmasından narahatlığını ifadə edən diplomat snayperin olduğu ərazidə atəşkəs rejiminin əməl edilməsinə Rusiyanın cavabdeh olduğunu bildirib.
Mənbə:> APA