İran ABŞ qoşunlarını Suriyadan çıxarmağı tələb edib » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

İran ABŞ qoşunlarını Suriyadan çıxarmağı tələb edib

İran ABŞ qoşunlarını Suriyadan çıxarmağı tələb edib


ABŞ-ın Suriyada hərbi mövcudluğu qanunsuzdur, buna görə də ABŞ qoşunlarını bu ölkə ərazisindən çıxarmalıdır.

Oxu.Az xəbər verir ki, bu barədə İran Milli Təhlükəsizlik Ali Şurasının katibi admiral Əli Şamhani “Əl Mayadin” telekanalına müsahibəsində bildirib.

Admiral qeyd edib ki, Rusiya və İrandan fərqli olaraq, ABŞ qoşunlarının Suriyaya göndərilməsini rəsmi Dəməşqlə razılaşdırmayıb. Ə.Şamhani, ümumilikdə, ABŞ-ın Suriyada hərbi mövcudluğu işğal adlandırıb.

“Biz bütün beynəlxalq tribunalardan ABŞ qoşunlarının Suriyadan çıxarılmasını tələb edəcəyik”, - deyə admiral əlavə edib.

O həmçinin Rusiya, Türkiyə və İranın Suriyada münaqişənin nizamlanması üçün bütün səyləri göstərdiyini xatırladıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *