Dəməşq Türkiyədən qoşunlarını İdlibdən çıxarmağı tələb etdi » AzNews.info -Xəbər portalı

Dəməşq Türkiyədən qoşunlarını İdlibdən çıxarmağı tələb etdi

Dəməşq Türkiyədən qoşunlarını İdlibdən çıxarmağı tələb etdi


Dəməşq Türkiyədən qoşunlarını İdlib əyalətindən dərhal çıxarmağı tələb edib.

AzNews.info-nun APA-ya istinadən verdiyi görə, bu barədə ölkə XİN-i bildirilib.

“Suriya Ərəb Respublikası Türkiyə qoşunlarının İdlib əyalətinə girməsini ən sərt şəkildə pisləyir. Bu, ölkə suverenliyinə və Suriya torpaqlarının bütövlüyünə açıq-aydın qəsddir, beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır”, - deyə XİN-dən bildirilib.

“Türkiyə qoşunlarının İdlibə girməsinin Astana prosesində zamin ölkələr arasında əldə olunan razılaşma ilə heç bir əlaqəsi yoxdur. Suriya Ərəb Respublikası Türkiyədən qoşunlarını İdlib əyalətindən dərhal və qeyd-şərtsiz çıxarmağı tələb edir”,- deyə XİN nümayəndəsi qeyd edib.

Türkiyə SQ Baş Qərargahının ötən gün yayılan məlumatında bildirilib ki, əməliyyat Suriyada təhlükəsizlik rejiminə əməl olunması üzrə nəzarət zonasının yaradılması məqsədi güdür.

Suriyada təhlükəsizlik zonalarına dair Astanada əldə olunan razılaşma çərçivəsində türk hərbçilər İdlibdə müşahidə məntəqələri yaratmağa başlayıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *