İran Rusiyanın Suriyada atdığı hər addımla razılaşmaqdan imtina etdi
İranın Rusiya ilə yaxın münasibətləri Tehranın Moskvanın Suriya məsələsindəki bütün hərəkətləri ilə razı olması demək deyil, İran prezidenti Həsən Ruhani martın 6-da bəyan edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, prezidentin sözlərindən İSNA agentliyi sitat gətirib.
“Bizim Rusiya ilə münasibətlərimiz yaxşı səviyyədədir, ölkələr arasında əməkdaşlıq var. Əlbəttə, bu, İranın Rusiyanın atdığı hər bir addımla razılaşması demək deyil”, - deyə, o, bildirib.
İran prezidenti qeyd edib ki, Tehran və Moskvanın yekun məqsədi Suriyada müharibənin dayandırılması və ölkədə normal həyatın qurulmasıdır ki, fevralın 27-də başlamış atəşkəs bu işə yardım etməlidir.
Mənbə:> Oxu.Az