Ankara Moskvanın tələblərini rədd etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Ankara Moskvanın tələblərini rədd etdi

Ankara Moskvanın tələblərini rədd etdi


Türkiyə vurulmuş Su-24 təyyarəsi üçün Rusiyaya təzminat ödəməyə hazırlaşmır, bunu Türkiyə DİN-in mətbuat katibi Tancu Bilgiç çərşənbə günü bəyan edib, RİA Novosti CNN Türk-ə istinadən məlumat yayıb.

“Rusiyanın vurulmuş təyyarə üçün təzminat tələbini yerinə yetirmək mümkün deyil”, - CNN Türk kanalı Bilgiçin sözlərindən sitat gətirib.

Oxu.Az xəbər verir ki, Rusiya Daxili işlər nazirinin müavini Aleksey Meşkov RİA Novosti-yə verdiyi müsahibəsində Türkiyə hakimiyyətinin vurulmuş Su-24 təyyarəsi üçün RF-yə təzminat ödəməli və belə şeylərin gələcəkdə baş verməyəcəyinə dair zəmanət verməli olduğunu bəyan etmişdi.

O, Rusiya onun təyyarələrinin Türkiyənin hava məkanını pozmayacağına dair zəmanət verməli olduğunu da əlavə edib.

Rusiya və Türkiyənin münasibətləri noyabrın 24-də Türkiyə qırıcısının Suriyada terror əleyhinə əməliyyat yerinə yetirən Su-24 bombardmançısını vurduqdan sonra böhran vəziyyəti yaşayır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *