Türkiyə Rusiyadan üzr istəməyəcək
Türkiyə Su-24 təyyarəsi ilə bağlı hadisəyə görə Rusiyadan üzr istəmək niyyətində deyil.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib.
“Hava məkanımızın, quru sərhədlərimizin müdafiəsi sadəcə haqqımız deyil, həm də borcumuzdur. Heç kim öz borcunu yerinə yetirdiyi üçün üzr istəməyəcək”, - Davudoğlu bildirib.
Onun sözlərinə görə, Ankara Rusiya ilə münaqişənin gərginləşməsini istəmir.
“Türkiyə bütün səviyyələrdə dialoqa hazırdır”.
Mənbə:> Oxu.Az