Norveç kralı xəstəxanaya yerləşdirildi
Norveç kralı V Harald paytaxt Oslonun Kral xəstəxanasına yerləşdirilib.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə Krallıq Sarayının mətbuat xidməti xəbər yayıb.
Xəbərdə billdirilir ki, buna səbəb onun infeksiyaya yoluxmasıdır. Kralın vəziyyəti kafi kimi qiymətləndirilir və sağalmağa doğru gedir. Bununla belə, kral bazar ertəsi üçün nəzərdə tutulan tədbirlərdə iştirak edə bilməyəcək.
Xatırladaq ki, 2003-ci ildə V Haralda xərçəng diaqnozu qoyulub. Buna baxmayaraq, 80 yaşlı kral avqustda Norveçin Hankyo adası sahillərində keçirilən yelkənli qayıq idmanı üzrə dünya çempionatında iştirak edib.
Mənbə:> virtualaz.org