Kral Telman İsmayılovun otelini bağlatdırdı
Səudiyyə Ərəbistanının kralı Salman ibn Abdul-Əziz azərbaycanlı oliqarx Telman İsmayılovun Mardan Palace otelini üç gün müddətinə tutub, milliyet.com.tr məlumat yayıb.
Oxu.Az xəbər verir ki, o, Antalyaya 15-16 noyabr tarixlərində keçiriləcək G-20 sammitində iştirak üçün gələcək.
Agentlik xəbər verir ki, otel müştərilər üçün bağlı olacaq. Səudiyyə monarxı otelin yalnız onun 1000 nəfərdən ibarət svitasına xidmət etməsi barədə göstəriş verib.
Otel Səudiyyə nümayəndəsi tərəfindən iki ay öncədən tutulmuşdu, oteldə bir gün qalmaq 15 min dollara başa gəlir.
Otelin əməkdaşlarının sözlərinə görə, kralın keçəcəyi yerlərə qırmızı xalça salınacaq.
Mənbə:> Oxu.Az