AST Telmanın məşhur oteli əlindən alınır » AzNews.info -Xəbər portalı

AST Telmanın məşhur oteli əlindən alınır

AST Telmanın məşhur oteli əlindən alınır


Azərbaycan əsilli milyarder Telman İsmayılov Türkiyədə böyük şokla üzləşib.

AzNews.info Virtualaz.org-a istinadən xəbər verir ki, “AST Telman”ın atasının adını daşıyan və 1,4 milyard dollara başa gələn, dünyanın ən dəbdəbəli otellərindən olan yeddiulduzlu “Mardan Palace”a Antalya bələdiyyəsi tərəfindən həbs qoyulub və satışa çıxarılıb.

Xəbərə görə, otel Antalya bələdiyyəsinin 4-cü İcra Müdirliyi tərəfindən iyunun 3-də hərraca çıxarılacaq. Borclara görə həbs edilmiş daşınmaz əmlakın satışını təşkil edən icralik.com saytının idarə heyətinin rəhbəri Emrah Özoral bildirib ki, otelin hazırkı bazar dəyəri 650 milyon TL-dir.

Antalya bələdiyyəsi oteli 325 milyon TL başlanğıc qiymətdən hərraca çıxaracaq.

“Mardan Palace” 2009-cu ildə böyük təntənə ilə açılıb və Telman İsmayılov otelin açılışına Monika Belluci, Paris Hilton, Riçard Gir, Şeron Stoun kimi çoxsayıı Hollivud ulduzlarını dəvət edib.

Əsas pullarını Rusiyada qazanan azərbaycanlı iş adamı Türkiyədə 1,4 milyard dolları otel inşasına yatırması və bu cür dəbdəbəli açılış keçirməsi Rusiya prezidenti Vladimir Putini qəzəbləndirib.

Putinin göstərişi ilə T.İsmayılovun Moskvadakı “Çerkizovsk” bazarı bağlanıb və sökülüb. Biznesmen həbs təhlükəsindən qorxaraq xeyli müddət Rusiyaya qayıtmayıb, bu ölkədəki biznes aktivlərinin bir çoxunu satıb.

Sonradan məlum olub ki, “Mardan Palace” otelinin tikintisi üçün ayrılan ərazinin sənədləri qaydasında deyil. Həmçinin T.İsmayılov otelin tikintisi üçün Türkiyə banklarından aldığı krediti geri qaytara bilmir. Otelin Antalya bələdiyyəsinə vergi və torpaq icarəsindən də xeyli borcu yaranıb. Məlumatlara görə, tikintisinə 1,4 milyard dollar sərf edilən otel rentabelli deyil.

T.İsmayılovun Rusiyada da banklara və iş adamlarına böyük borcları var. Borcları üzündən o, əmlakının bir hissəsini satışa çıxarmalı olub.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *