Sevgililər üçün Qız Qalasında 100 min manata şam yeməyi » AzNews.info -Xəbər portalı

Sevgililər üçün Qız Qalasında 100 min manata şam yeməyi – FOTO

Sevgililər üçün Qız Qalasında 100 min manata şam yeməyi


Müqəddəs Valentin Günü ərəfəsində Four Seasons oteli gözlənilməz təkliflə çıxış edib – otel Bakıda Qız Qalasının damında iki nəfər üçün romantik şam yeməyi təşkil etməyi təklif edir.

Oxu.Az otelin Facebook-dakı rəsmi səhifəsinə istinadən xəbər verir ki, bu xidmətin qiyməti 100 min manat təşkil edir.

Belə bir qiyməti doğrultmaq üçün otel əlavə xidmətlər də təklif edir:

“Sevgililər üçün ən möhtəşəm apartamentlər – Four Seasons Hotel Baku-nun prezident lüksü hazırlanacaq. Təklifə sizi dünyanın istənilən nöqtəsində evinizdən götürəcək limuzin, Bakıyadək birinci sinifdə təyyarə bileti daxildir. Əfsanəvi Qız Qalasının damında başlayacaq sehirli axşam çərçivəsində qonaqlar şampan və kürüdən dadacaq, Kaspia restoranında unikal bayram şam yeməyinə dəvət olunacaqlar”, - deyə, otelin reklamında bildirilir.

Qəlbin və bədənin harmoniyasını hiss etmək və relaks atmosferinə dalmaq üçün, qonaqlara 24-karatlıq qızılla masaj və ultra-nəmləndirici süd vannası təklif olunacaq.

Sonda isə həmin iki şəxsə üzərində onların adlarının və tarixin qeyd olunduğu Cartier saatı təqdim ediləcək.

Sevgililər üçün Qız Qalasında 100 min manata şam yeməyi
Sevgililər üçün Qız Qalasında 100 min manata şam yeməyi
Sevgililər üçün Qız Qalasında 100 min manata şam yeməyi

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *