“200 gün qaldı” 2 gün sonra keçiriləcək
Avropa Oyunlarına 200 gün qalması münasibətilə paytaxtda keçirilməsi planlaşdırılan təntənəli tədbir iki gün sonraya keçirilib.
“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsindən ANS TV-yə verilən məlumata görə, Qız Qalasında bu axşam saat 20:00-da keçirilməsi planlaşdırılan “200 gün qaldı” tədbiri təxirə salınıb və tədbir noyabrın 26-da baş tutacaq.
Bu məqsədilə şəhərdə işıqlandırma effektlərindən ibarət möhtəşəm şou təşkil ediləcək. İlk Avropa Oyunlarının başlamasına qalan 200 günü qeyd etmək üçün noyabrın 26-da İçərişəhərdə şəhəri işıqlandıracaq və diqqətçəkici nümayiş baş tutacaq.
“Bakı 2015”in təsviri əfsanəvi Qız Qalası üzərində möhtəşəm şəkildə nümayiş olunacaq.
Mənbə:> ANSPRESS