Kataloniyada müstəqillik tərəfdarları küçələrə axışdı – vağzal tutuldu – FOTO
Kataloniyada minlərlə insan ümumi tətilə başladıqlarını elan edib.
Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, İspaniyanın bu regionunun müstəqilliyini tələb edənlər 53 yolu bağlayıb və Jironada dəmiryolu vağzalının binasını ələ keçiriblər.
Tətilçilər Madriddən Kataloniyanın müstəqilliyi barədə qərarı ləğv edən məhkəmə qərarının dəyişdirilməsini tələb edirlər. Tələblər arasında regionda birbaşa idarəetməni özündə əks etdirən Konstitusiyanın 155-ci maddəsinin ləğvi də yer alır.
Mənbə:> virtualaz.org