Kataloniyanın müstəqilliyinə qarşı mitinqə çıxdı
Barselonada İspaniyanın müstəqilliyinin saxlanmasını istəyən təqribən 300 min insan küçələrə çıxıb.
AzNews.info Report-a istinadən xəbər verir ki, mitinqə toplaşanların əksəriyyəti Kataloniya jeneralitetinin rəhbəri vəzifəsindən kənarlaşdırılan Karles Puçdemonun həbsini tələb ediblər.
Ötən gün İspaniya hökuməti Kataloniya parlamentinin buraxılması və Puçdemonun vəzifədən kənarlaşdırılması barədə qərar qəbul edib. Regionda birbaşa Madridin idarəçiliyi tətbiq edilir.
Kataloniyada parlament seçkiləri dekabrın 21-nə təyin olunub.
Mənbə:> Report