Kataloniya hökumətinin başçısı məlum oldu
Kataloniya parlamenti Karlos Puçdemonu hökumət rəhbərliyinə təsdiq edib.
Axar.az xəbər verir ki, keçirilən səsvermə zamanı 70 deputat Puçdemonu dəstəkləyib.
63 deputat isə onun əleyhinə səs verib. Cəmi 2 deputat isə bitərəf qalıb.
Karlos Puçdemon Kataloniyanın İspaniyadan ayrılması ilə bağlı yaradılan “yol xəritəsi”nin müəllifidir.
Mənbə:> Axar.az