Kataloniya parlamenti buraxıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Kataloniya parlamenti buraxıldı

Kataloniya parlamenti buraxıldı

Kataloniya Muxtar Əyaləti parlamenti İspaniya hökuməti tərəfindən buraxıldığını qəbul edir və yeni növbədənkənar seçkilərədək fəaliyyətini dayandırır.

Bu barədə Kataloniya parlamentinin mətbuat xidməti məlumat yayıb.

Parlament buraxıldığından qanunverici orqanın Rəyasət Heyəti oktyabrın 31-ə təyin etdiyi iclası da təxirə salıb.

Qeyd edək ki, Kataloniya parlamenti oktyabrın 27-də müstəqillik haqqında qətnamə qəbul edib. Qanunverici orqanın 135 üzvündən 70-i bu qətnamə layihəsinin lehinə səs verib. Bununla belə, qətnamə Kataloniya parlamentinin, əyalət hökumətinin rəsmi bülletenində dərc edilməyib.

Oktyabrın 27-də İspaniya hökuməti əyalət parlamentinin buraxıldığını elan edib. Kataloniya muxtariyyətinə rəhbərlik İspaniya baş nazirinin müavini Soraya Saens de-Santamariyaya tapşırılıb.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *