Məsud Bərzani istefa etdi
Kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani noyabrın 1-də istefaya gedəcəyini bəyan edib.
Oxu.Az-ın “Deutsche Welle”yə istinadən verdiyi xəbərə görə, yeni lider seçilənədək muxtariyyət rəhbərinin səlahiyyətlərini bölgə hökuməti, parlamenti və məhkəmə instansiyaları birgə icra edəcəklər.
İraq ordusu kürdlərin nəzarətində olan ərazilərin bir hissəsini ələ keçirdikdən sonra yerli müxalifət M. Bərzaninin istefasını tələb edib.
Mənbə:> Oxu.Az