Kürd lider: "Hamınız peşman olacaqsınız"
Özlərini kürd kimi qələmə verən PYD-nin etdiklərini heç işğalçılar belə etməyib.
Axar.az xəbər verir ki, bu sözləri Şimali İraq Kürd Regional Rəhbərliyinin lideri Məsud Bərzani deyib.
O, “Kürdüstan bayrağı” mərasiminə müdaxilə edən PYD qüvvələrini sərt tənqid edib:
“Özlərini kürd kimi qələmə verənlərin istəklərinə rəğmən bayrağımızı göylərdə saxlamağınız təqdir olunandır. Kürd olduqlarını iddia edənlərin etdiklərini heç işğalçılar da etməyib”, - Bərzani bildirib.
Qeyd edək ki, Bərzanin başçılıq etdiyi hökumətin istifadə etdiyi Kürdüstan bayrağını PKK və ona bağlı qruplar, o cümlədən PYD qəbul etmir.
Mənbə:> Axar.az