Türkiyəyə zərbə: Moskvada “Kürdüstan” nümayəndəliyi
Rusiyada Suriya “Kürdüstanı”nın rəsmi nümayəndəliyi açıla bilər.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Kommersant” qəzeti yayıb. Kürdlərin Demokratik Birlik Partiyasından (PYD) olan nümayəndələr bununla bağlı məsləhətləşmələr aparmaq üçün yaxın zamanlarda Rusiya Xarici İşlər Nazirliyinə gələcəklər. PYD hesab edir ki, yeni ofisin açılması Moskva və kürd muxtariyyəti arasında İŞİD-ə qarşı əməkdaşlığı artıra bilər.
Qeyd edək ki, PYD Türkiyə tərəfindən terror təşkilatı kimi tanınır. Rəsmi Ankara həmçinin PYD-ni PKK-nın (Kürd Fəhlə Partiyası – red.) Suriya qanadı hesab edir.
Mənbə:> Axar.az