Referendum keçirən Bərzani Naxçıvana da göz dikdi – FOTO
Bərzani indi də Naxçıvana göz dikdi. Qondarma dövlətin rəsmi televiziyasında Naxçıvan “Kürdüstan” ərazisi kimi göstərilir.
Turkustan.info xəbər verir ki, sentyabrın 25-də referenduma hazırlaşan İraqın şimalındakı kürd muxtariyyatının lideri Məsud Bərzaninin torpaq iddialarının sərhədi bitib tükənmir.
Tarixi Azərbaycan torpaqları olan Kərkük və Mosulun, Güney Azərbaycan torpaqlarının ardınca Bərzani indi də Naxçıvana göz dikib. Belə ki, Bərazninin rəsmi telekanalı olan Rudav TV-nin verilişlərində yayımlanan “Kürdüstan” xəritəsində Azərbaycan Respublikasının ərazisi olan Naxçıvan Muxtar Respublikası ərazisinin bir hissəsi xəyali dövlətin ərazisi kimi göstərilir.
Hesab edirik ki, Azərbaycanın müvafiq dövlət qurumları bu məsələyə ciddi reaksiya verməlidirlər.
Mənbə:> Turkustan.info