Кanada “Maqnitski qanunu”nun analoqunu qəbul etdi
“Maqnitski qanunu”nun analoqu Kanada parlamentinin alt palatasında qəbul olunub.
Oxu.Az-ın məlumatına görə, bu barədə "CBC News" xəbər yayıb.
Məlumata əsasən, senatda səsvermə gözlənilir. Daha sonra sənəd Kanadanın general-qubernatoru tərəfində imzalanmağa göndəriləcək.
Xatırladaq ki, 2012-ci ildə ABŞ "Maqnitski qanunu" qəbul edib. "Maqnitski qanunu”na görə, Rusiyanın insan hüquqlarını pozmuş vəzifəli şəxslərinin adı "qara siyahı"ya salınıb. "Qara siyahı"da adı olan şəxslər üçün ABŞ banklarında olan hesablarının dondurulması və ABŞ-a giriş qadağası nəzərdə tutulub.
Qanun 2009-cu ildə "Hermitaga Capital" firmasının hüquqşünası Sergey Maqnitskinin Moskvada təcridxanada ölməsindən sonra təklif olunub. Sergey Maqnitski 2008-ci ildə vergidən yayındığına görə həbs olunmuşdu.
Maqnitskinin ölümündən sonra Konqresmen Cin Manqover və senator Benjamin Kardin "Maqnitski qanunu" təklifini verib.
Mənbə:> Oxu.Az