Türk ölkəsi “mavi”lərə qarşı qanunu rədd etdi
Qazaxıstan Konstitusiya Şurası qeyri-ənənəvi cinsi əlaqələri qadağan edən qanun layihəsini Konstitusiyaya uyğun bilməyib. Rusiyadan gələn bu qanun layihəsinin müddəalarından biri qeyri-ənənəvi cinsi oriyentasiya təbliğ edən məlumat üzərində qadağanı nəzərdə tutur.
Axar.az yazır ki, qanun layihəsi bir çox cəhətdən artıq Rusiyada qəbul olunmuş bu kimi qanunvericiliklə eynidir.
Konstitusiya Şurası qənaətə gəlib ki, qanun layihəsi yetərincə dürüst ifadə olunmayıb və Konstitusiya müddəalarının pozulmasına gətirə bilər. Bundan başqa, Şura qanun layihəsinin qazax və rus dillərindəki mətnlərinin mənaca fərqli olduğunu qərara alıb.
“Human Rights First” Amerika hüquq müdafiə təşkilatı Şura tərəfindən qanun layihəsinin Konstitusiyaya zidd tanınmasını alqışlayıb.
Daha əvvəl bir çox tanınmış idmançılar, o cümlədən Martina Navratilova bəyan ediblər ki, ölkədə homofob qanunlar qəbul olunarsa, Qazaxıstan Olimpiadanın ev sahibliyinə iddia edə bilməz. 2022-ci ildə Qış Olimpiadasını keçirməyə Almatı və Pekin iddia edirlər. Oyunların harada keçiriləcəyi iyulun 31-də Malayziyanın paytaxtı Kuala-Lumpurda elan olunacaq.
Mənbə:> Axar.az