ABŞ-dan Bakıya hərbi dəstək
ABŞ Senatında yeni qanun layihəsi son oxunuşda qəbul edilib.
ANS PRESS-in məlumatına görə, qanun layihəsində ölkə prezidentinə bir sıra ölkələrlə hərbi əməkdaşlığın genişləndirilməsi hüququnun verilməsi nəzərdə tutulub.
Layihədə bildirilir ki, ABŞ və NATO Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Bosniya və Hersoqvina, Makedoniya, Çernoqoriya və Serbiya Silahlı Qüvvələrinə yardım edəcək və bu ölkələrin təhlükəsizliyini təmin edəcək.
Bundan başqa ABŞ Ukraynaya NATO-ya üzv olmadan müttəfiq statusu verib. Ukraynadan başqa Gürcüstan və Moldova da ABŞ-ın müttəfiqləridir. Bu isə o deməkdir ki, bu ölkələr hücuma məruz qalarsa, ABŞ qoşunları müdaxilə edə bilər.
Mənbə:> ANSPRESS