ŞOK: ABŞ-İran sazişi pozulur
ABŞ-da Nümayəndələr Palatası Konqresə Vaşinqtonla İran arasında bağlanmış hər hansı sazişi müzakirə etmək və lazım gələrsə, rədd etmək imkanı verən qanunverilicilik aktını böyük səs çoxluğu ilə qəbul edib.
ANS PRESS-in məlumatına görə, 400 lehinə, 25 əleyhinə nisbətilə qəbul edilmiş qanun imzalanmaq üçün Ağ Evə göndərilib.
Administrasiya isə bəyan edib ki, Barak Obama bu qanunu imzalayacaq. Millət vəkilləri bundan əvvəl layihəyə bir sıra dəyişikliklər etdikdən sonra Obama qanuna veto qoymamaq qərarına gəlmişdi.
Qeyd edək ki, qanun Konqresə İranla imzalanacaq yekun sazişinə baxmaq üçün 30 gün vaxt verəcək. Bu müddət ərzində Barak Obama İrana qarşı heç bir sanksiyanı ləğv edə bilməz.
Mənbə:> ANSPRESS