İcra başçısının 70 yaşlı birinci müavini işdən çıxarıldı
Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zülfi Qasımov vəzifəsindən azad olunub.
AzNews.info-nun Report-a istinadən məlumatına görə, bununla bağlı qərarı icra hakimiyyətinin başçısı Raqub Məmmədov imzalayıb.
70 yaşlı Z.Qasımov 10 ilə yaxın bu vəzifədə işləyib.
Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə hələlik yeni təyinat olmayıb.
Qeyd edək ki, Z.Qasımov eyni zamanda hakim Yeni Azərbaycan Partiyasının Ağdam rayon təşkilatının sədridir.
Mənbə:> Report