Füzulidə həbslər: İcra başçısının nümayəndəsi saxlanıldı
Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
AzNews.info-nun APA-ya istinadən məlumatına görə, Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Şakir Hacıyev yanvarın 13-də rayonda baş verən hadisələrlə bağlı saxlanılıb.
Hadisə ilə bağlı daha bir neçə nəfərin də saxlanıldığı qeyd olunur.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov APA-ya Ş. Hacıyevin saxlanılması faktını təsdiqləyib.
Mənbə:> APA