İcra başçısının gül-çiçəkli fotosu haqda açıqlama
Salyanın icra başçısı Tahir Kərimovun sosial şəbəkələrdə yayılan və qalmaqala səbəb olan fotosu ilə bağlı açıqlama verilib.
AzNews.info xəbər verir ki, rayon icra hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov azvision.az-a bildirib ki, icra başçısının fotosu Gül Bayramı ilə bağlı keçirilən tədbirlər zamanı çəkilib. “Bu foto bir gül kompozisiyasıdır. İcra başçısı tədbirə gedən zaman uşaqlar onu güllərlə qarşılayıblar. Bu, əvvəlcədən planlaşdırılmış şəkildə baş tutub. Yazılanların heç biri doğru deyil. Bu, şantaj və böhtandır. İki il bundan öncə keçirilən tədbirdə çəkilən fotonu bəzi adamlar sosial şəbələrdə qəsdən paylaşıblar. Bütün bunlar şantaj və qarayaxma kampaniyasının tərkib hissəsidir”-deyə Rəşad Cəbrayılov qeyd edib.
Mənbə:> AzVision.az