Salyanda şok olay: Məktəblilər icra başçısını padşahlar kimi qarşıladı – FOTO
Azərbaycanda icra başçılarının özlərini “kiçik padşah” kimi aparmaları barədə zaman-zaman mətbuat səhifələrində yazılar dərc edilib.
Adı mətbuatda daha çox rayonun sosial-iqtisadi inkişafı üçün ayrılan büdcəni göyə sovuran icra başçısı kimi hallanan Tahir Kərimov bu dəfə sözün əsl mənasında rayonun “padişah”ı olduğunu öz üsulu ilə sübut edib.
Azxeber.com xəbər verir ki, icra başçısının ötən il Salyan şəhərində Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parkda " Gül Bayramı " zamanı çəkilən fotoşəkilləri sosial şəbəkələrdə əsas müzakirə mövzusuna çevrilib. Belə ki, ötən il keçirilən tədbirdə salyanlıların qarşısında çıxış etmək üçün Heydər Əliyev parkına gələn icra başçısını məktəblilər qeyri-ənənəvi üsulla qarşılayıblar. Azyaşlılar icra başçısının başının üstünü güllərlə hörərək, padişahlar dönəmindəki qarşılama mərasimini gerçəkləşdiriblər.
Daha çox Şimali Koreyanın prezidenti Kim Çen Inın öz xalqı qarşısında çıxış edərkən görməyə örgəşdiyimiz bu görüntülərin Salyanda baş verməsi sosial şəbəkə istifadəçiləri tərəfindən də həm gülüşlə, həm də qəzəblə qarşılanıb.
Mənbə:> Azxeber.com