Binəqədinin icra başçısı xanımı işdən qovdu - FOTOLAR
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarovanıtutduğu vəzifədən azad edib.
AZXEBER.COM xəbər verir ki, Modern.az saytı Binəqədi Rayon İcra Hakimiyyətilə əlaqə saxlasa da, başçısının xanım əməkdaşı işdən çıxarmasının səbəbləri açıqlanmayıb.
Nuridə Allahyarovanın özü də işdən çıxmasına aydınlıq gətirməyib. Yalnız Facebook sosial şəbəkəsində işdən çıxdığını təsdiqləyən status yazıb:
“Son bir həftədə ünvanladığınız sualları artıq cavablandırmaq səlahiyyətində olmadığım üçün Facebook-un imkanlarından yararlanmaq istədim. Artıq Binəqədi RİH-də çalışmadığımı və işdən ayrıldığımı yazmaq qərarına gəldim ki, müəyyən məsələlərlə bağlı sualları qurumun aidiyyatı şöbəsinə və səlahiyyətlilərinə ünvanlayasınız” .
Qeyd edək ki, Nuridə Allahyarova təxminən bir il öncə Xaləddin İsgəndərov tərəfində vəzifəyə təyin olunmuşdu.
Mənbə:> AZXEBER.COM