İcra başçısının müavini işdən çıxarıldı
Tərtər Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.
AzNews.info Report-a istinadən xəbər verir ki, üç il əvvəl rayon icra başçısının humanitar məsələlər üzrə müavini təyin edilən Elvin Umudov tutduğu vəzifədən azad edilib.
E.Umudov Tərtər RİH-in İctimai, siyasi və humanitar məsələlər üzrə şöbəsinin dini məsələlər üzrə müdir müavini təyin olunub.
Hələlik onun yerinə heç bir təyinat olmayıb.
Qeyd edək ki, E.Umudov RİH başçısının müavini vəzifəsinə 2013-cü ildə 28 yaşında təyin edilib.
Mənbə:> Report.az