Zakir Fərəcov müavinini işdən çıxardı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Zakir Fərəcov müavinini işdən çıxardı – FOTO

Zakir Fərəcov müavinini işdən çıxardı


Sumqayıt şəhərində icra başçısı dəyişikliyi baş verəndən sonra mütəmadi olaraq kadr islahatları həyata keçirilir.

AzNews.info xeberle.com-a istinadən xəbər verir ki, Sumqayıt şəhəri İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, İcra Başçısının müavini Elgin Şirin oğlu Həbibullayev tutduğu vəzifə ilə vidalaşmalı olub.

Hələlik onun yerinə kiminsə təyin edilməsi məlum deyil.

Qeyd edək ki, E. Həbibullayev Eldar Əzizov Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı işlədiyi dövrdə onun köməkçisi olub. Eldar Əzizov 2011-ci ildə Sumqayıta İcra Başçısı təyin olunanda E. Həbibullayev əvvəlcə yenidən köməkçi, sonra isə müavin vəzifəsində çalışıb.

O, Eldar Əzizovun kadrlarından sayılır və güman ki, vəzifədən çıxması da məhz bu amillə əlaqədardır.

Zakir Fərəcov müavinini işdən çıxardı

Mənbə: Xəbərlə.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *