Vaqif Əsədovun səhhətində problem yarandı: Rusiyaya getdi » AzNews.info -Xəbər portalı

Vaqif Əsədovun səhhətində problem yarandı: Rusiyaya getdi

Vaqif Əsədovun səhhətində problem yarandı: Rusiyaya getdi


Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun səhhətində problemlər yaranıb.

AzNews.info xəbər verir ki, bu barədə polis polkovnikinin oğlu Malik Əsədov ölkə.az-a məlumat verib. Onun sözlərinə görə, V.Əsədov iki gün bundan əvvəl məzuniyyətə çıxaraq ölkəni tərk edib.

“Atam məzuniyyətə çıxıb. Səhhətində problemlər olduğu üçün Rusiyanın paytaxtı Moskva şəhərinə müalicəyə gedib. Bu gün səhər qardaşım onunla danışdı. Şükürlər olsun ki, hər şey qaydasındadır. Hazırda analizlərini verir”, - deyə bildirib.

M.Əsədov əlavə edib ki, atası profilaktik olaraq müalicə kursu keçir: “Analizlərin cavablarına uyğun olaraq. Həkimlərə müalicə təyin edəcəklər. Sentyabrın 18-də isə o, yenidən işinin başına qayıdacaq”.

Qeyd edək ki, bu ilin aprel ayında da V.Əsədovun səhhətində problemlər yaranmışdı. O, bir müddət xəstəxanada müalicə almalı olub. Özü isə bununla bağlı açıqlama verərkən bildirmişdi ki, səhhətində ciddi problme yoxdur:

“Əslində ciddi bir şey yoxdur. Hamı kimi mənim də arada tibbi müayinəyə ehtiyacım var. Heç bir xəstəliyim yoxdur. Sadəcə həkimlər üzərimdə profilaktik tədbirlər görürlər”.

Mənbə: Ölkə.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *