Aytən Səfərovanın səhhətində problem yaranıb
Teleaparıcı Aytən Səfərovanın səhhətində problem yaranıb.
Oxu.Az xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə məlumat verib.
“Hər şey gedir, səhhətim də… Belə dərd olar? Bu nə vəziyyətdir, nə quyudur düşmüşəm, çıxa bilmirəm? Kimin ağlından nə keçirsə, Allah ən əvvəl öz qarşısına çıxartsın. Yaxşılıqları da, pislikləri də… Kimin kimdə nəfsi və gözü varsa, Allah geri, özlərinə sarı çəksin. Mənə də səbir versin, bu çətinliklərdən çıxım. Bu aralar çox yoruldum”, - deyə o yazıb.
Mənbə:> Oxu.Az