Prosineçkinin səhhətində problem yarandı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Prosineçkinin səhhətində problem yarandı

Prosineçkinin səhhətində problem yarandı


Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin planı təxirə düşüb.

AzNews.info xəbər verir ki, bu barədə apasport.az-a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sədri Mikayıl Nərimanoğlu bildirib.

Belə ki, yığmanın təlim-məşq toplanışından sonra Türkiyədə qalan Prosineçki bu gün millimizin üzvü Mahir Şükürovun şərəfini qoruduğu “Karşıyaka”nın XXII tur çərçivəsində “Orduspor”la oyununu canlı izləməyi planlaşdırsa da, bu, baş tutmayacaq. Nərimanoğlunun sözlərinə görə, xorvatiyalı mütəxəssis səhhətində problem yaranıb və bu səbəbdən stadiona yollana bilməyəcək.

Qeyd edək ki, Prosineçki 1 gün öncə “Boluspor” - “Bucaspor” görüşünü də izləyib. Həmin matçda Bolu təmsilçisinin formasını geyinən Vaqif Cavadov cəmi 6 dəqiqə meydanda olub.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *