Millimizin baş məşqçisi ilə bağlı xəbər yalan çıxdı
"Mənə Azərbaycandan heç bir təklif gəlməyib".
ANS PRESS-in məlumatına görə, bu sözləri italiyalı mütəxəssis Marko Tardelli deyib.
Bir neçə gün əvvəl Roberto Mançinidən yox cavabı alan AFFA-nın milli komandamızı Tardelliyə tapşırmağa hazırlaşması ilə bağlı xəbərlər yayılmışdı. Lakin italyan mütəxəssis bu xəbərləri təkzib edib və yeni təkliflərə açıq olduğunu bildirib:
"Mən hər kəs kimi, onların da təkliflərinə açığam. Yaxşı bir komanda ilə çalışmaq istərdim. Həmin komandanın qarşısına böyük hədəflər qoyması da vacibdi".
Mənbə:> ANSPRESS