Arif Quliyevin səhhətində problem yaranıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

Arif Quliyevin səhhətində problem yaranıb

Arif Quliyevin səhhətində problem yaranıb

“Həkimlər evdə məni nəzarət altında saxlayır”.

Xalq artisti, tanınmış aktyor Arif Quliyevin səhhətində problemlər yaranıb.

AzNews.info xəbər verir ki, publika.az-a açıqlama verən aktyor müalicə kursu keçdiyini bildirib:

“Heç yerə çıxa bilmirəm, çünki səhhətimdə problemlər yaranıb. Keçən il Türkiyədə keçirdiyim sinir əməliyyatından sonra bir müddət İranda müalicə olundum. Səhhətim düzəlmişdi, amma yenidən xəstələndim. Qan dövranımda problemlər yaranıb. Həkimlər evdə məni nəzarət altında saxlayır, dava-dərman qəbul edirəm”.

“Həkimlərin qənaəti necədir?” sualına xalq artisti özünəməxsus yumorla cavab verib:

“Həkimlər deyir ki, qorxma, ölənə qədər yaşayacaqsan. Deyirlər, özünə yaxşı bax, mən də tez-tez güzgüyə baxıram. Yeməyinə fikir ver deyirlər, mən də beş boşqab yeyirəm, amma yenə də ac qalıram”.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *