Xalq artisti evə buraxıldı » AzNews.info -Xəbər portalı

Xalq artisti evə buraxıldı

Xalq artisti evə buraxıldı


Kaman ustası Habil Əliyev evə buraxılıb.

Bunu ANS PRESS-ə açıqlamasında Mərkəzi Klinik Xəstəxananın Baş həkiminin müavini Sədaqət Bəxri bildirib.

Onun sözlərinə görə, Habil Əliyev səhhətinin normal olduğunu, evə getmək istədiyini bildirib. Həkimlər, xalq artistinin səhhətini müayinə edərək xəstəxanadan çıxması üçün heç bir problem olmadığnı müəyyən ediblər. Buna görə də Habil Əliyev öz istəyi ilə evə buraxılıb.

Sənətkarın həyat yoldaşı Şərqiyyə Əliyeva da ANS PRESS-ə açıqlamasında kaman ustasının vəziyyətinin yaxşı olduğunu, müalicəsini evdə davam etdirdiyini bildirib.

“Mərkəzi Klinik xəstəxananın iki həkimi gecə-gündüz bizim evimizdə yoldaşımın səhhətinə nəzarət edir. Mənim qızım da kardioloq həkimdir. Ona görə də hazırda heç bir narahatçılıq yoxdur.”-deyə Şərqiyyə Əliyeva əlavə edib.

89 yaşlı kamança ustası Habil Əliyev səhhətində yaranan narahatlıqlara görə avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *