Xalq artisti Muxtar Maniyevin səhhəti kəskin pisləşib » AzNews.info -Xəbər portalı

Xalq artisti Muxtar Maniyevin səhhəti kəskin pisləşib

Xalq artisti Muxtar Maniyevin səhhəti kəskin pisləşib


Azərbaycanın xalq artisti Muxtar Maniyevin səhhəti pisləşib.

Oxu.Az xəbər verir ki, M. Maniyevin həyat yoldaşı Nəsibə Maniyevanın APA-ya verdiyi məlumata görə, avqustun 6-da xalq artistinin səhhəti kəskin pisləşib və onu Elmi-Cərrahiyə Mərkəzinin reanimasiya şöbəsinə yerləşdiriblər:

“Muxtar hazırda reanimasiyada həkim nəzarəti altında müalicə alır. Çoxdan idi səhhətindən ciddi şikayəti olmurdu, özünü yaxşı hiss edirdi. Dünən vəziyyəti birdən-birə kəskin pisləşdi. Qorxduq ki, onu itirək, şükür Allaha, vəziyyətdən birtəhər çıxara bildilər”.

N. Maniyeva əlavə edib ki, aktyorun səhhəti ilə bağlı əlaqədar yerlərə məlumat verilib, müalicənin nəticəsindən asılı olaraq, həkimlər məsləhət bilsələr, M. Maniyevi sabah palataya köçürəcəklər: “Xəstəxanada bizə hər cür diqqət göstərirlər. Həkimlər Muxtarın sənətini yüksək qiymətləndirirlər, ona görə qulluğunda yaxşı dayanırlar. “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov xəstəxananın baş həkimi ilə danışıb, baş həkim də arxayın edib ki, əllərindən gələn köməkliyi edəcəklər”.

Qeyd edək ki, M. Maniyev ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *