Türkiyədə müalicə olunan Fikrət Qoca bu gün Bakıya qayıdacaq
Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qoca bu gün İstanbulda müalicəsini başa vurub Bakıya qayıdacaq.
Oxu.Az xəbər verir ki, şairin qardaşı, tərcüməçi Hamlet Qocanın APA-ya verdiyi məlumata görə, F. Qoca özünü yaxşı hiss edir: “Şükür Allaha, müalicələr müsbət nəticə verdi. Ehtimal olunurdu ki, ürək əməliyyatı keçirsin, amma həkimlər ehtiyac hiss etməyiblər. Ürək damarları təmizlənib, indi hər şey qaydasındadır”.
H. Qoca əlavə edib ki, xalq şairinin yenidən müayinələr üçün Türkiyəyə dönməsinə ehtiyac olmayacaq.
Qeyd edək ki, F.Qoca fevralın 10-da infarkt keçirib. Onu müalicə olunmaq üçün İstanbula aparıblar.
Mənbə:> Oxu.Az