Yaralı əsgərimiz: "Canımdan keçməyə hazıram"
Türkiyənin Ankara şəhərində müalicəsi başa çatan Azərbaycan ordusunun əsgəri, kiçik çavuş Əsgərov Elvin Mail oğlu Bakıya gətirilib.
ANS PRESS-in Azərbaycan Ordusu qəzetinə istinadla verdiyi məlumata görə, Elvin Əsgərov hazırda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicəsini davam etdirir. Yaralı əsgərimiz hazırki vəziyyəti ilə bağlı danışıb.
O bildirib ki, Türkiyədə müalicə aldıqdan sonra özünü yaxşı hiss edir: “Müalicəmin sonrakı mərhələsini, yəni, müayinələrimi Bakıda davam etdirəcəyəm”.
Elvin Əsgərov bildirib ki, vətən yolunda, torpaqlarımız uğrunda yaralanmışam: "Mən Vətənim üçün canımdan da keçməyə hazıram”, -deyə yaralı əsgərimiz bildirib.
Qeyd edək ki, Elvin Əsgərov cəbhənin təmas xəttində erməni təxribatı zamanı yaralanıb. O, Türkiyədə müalicə olunduğu zaman bir sıra yüksək vəzifəli şəxslər tərəfindən ziyarət edilib.
Mənbə:> ANSPRESS