“Hafka” Vaqif Əsədovla “əlbəyaxa” oldu » AzNews.info -Xəbər portalı

“Hafka” Vaqif Əsədovla “əlbəyaxa” oldu – ŞOK TƏFƏRRÜAT

“Hafka” Vaqif Əsədovla “əlbəyaxa” oldu

“2016-cı il yanvarın 18-də lisensiyası ləğv edilən “Bank of Azerbaijan” ASC-də Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovun 1 milyon 200 min dollar əmanəti var”.

Bu barədə “Ölkə.az”-a “Bank of Azerbaijan” ASC-nin sabiq əməkdaşı bildirib.

O, deyib ki, bankın lisensiyası ləğv olunandan sonra Vaqif Əsədov həmin əmanətləri götürməyi qərara alıb: “Ancaq bankda Vaqif Əsəsdovun pullarını qaytarmaq üçün bu qədər vəsait yoxdur”.

***

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov ilə “Bakı” futbol klubunun prezidenti, “Baghlan Group FZCO”-nun prezidenti, 2016-cı il yanvarın 18-də lisensiyası ləğv edilən “Bank of Azerbaijan” ASC-nin sahibi Hafiz Məmmədov arasında ciddi mübahisə olub.

“Ölkə.az”-ın əldə etdiyi məlumata görə, bir neçə gün bundan öncə Bakı şəhəri, H.Əliyev küçəsi 24 ünvanında Vaqif Əsədov idarə etdiyi “BMW” markalı “90-YP-333” nömrə nişanlı xidməti avtomobili ilə iş adamı Hafiz Məmmədovun içərisində olduğu “Mercedes-Benz Vita” markalı avtomobilin qarşısını kəsib.

Hadisə Hafiz Məmmədov həmin ünvandakı “Bank of Azerbaijan” ofisinə işə gələn zaman baş verib.
Bu hadisə baş verən zaman ətrafda xeyli sayda şahid insanlar da olub, hətta onlardan bəziləri hadisəni telefonlarına da çəkməyə nail olublar.

Vaqif Əsədov Hafiz Əsədovun avtomobilinin qarşısını kəsəndən sonra iş adamı onunla görüşməyə razılıq verib və söhbətin ikilikdə aparılmasını təklif edib. Ancaq Vaqif Əsədov bu cür təkliflərin növbəti vaxt uzatması olduğunu söyləyərək, vaxtilə “Bank of Azerbaijan”-a qoyduğu əmanətlərin təcili şəkildə ona qaytarılmasını israrla tələb edib. “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədov Vaqif Əsədovu əmin edib ki, onun qoyduğu pul əmanətləri batmayacaq, gec-tez ona qaytarılacaq.

İş adamının bu vədləri Vaqif Əsəsdovu qane etməyib. Bu zaman V.Əsədovla H.Məmmədov arasında gedən dialoq daha da kəskinləşib. Vəziyyət o həddə çatıb ki, işə Hafiz Əsədovun mühafizəçiləri qarışmalı olub.
Mühafizəçilər Vaqif Əsəsdov və digər polislərə qarşı kobud davranaraq, onları Haviz Məmmədovun olduğu avtomobil ətrafından kənarlaşdırıblar.

Hadisə şahidləri “Ölkə.az”-a deyir ki, Vaqif Əsəsdov demək olar ki, hər gün keçmiş “İnqilab” küçəsində (İndiki adı Həsən Əliyev küçəsi gedir – red) yerləşən lisenziyası ləğv olunan “Bank of Azerbaijan”-ın ofisinə baş çəkir, banka qoyduğu vəsaitlərin aqibəti ilə maraqlanır.

Mənbə: Ölkə.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *