“Bank of Azerbaijan”dan sensasion açıqlama
Uzun müddətdir ki, fəaliyyətsiz qalan “Bank of Azerbaijan” nəhayət ki, yaxın vaxtlarda fəaliyyətini bərpa etməyə hazırlaşır.
Bu barədə fins.az-a bankdan məlumat verilib. Bankdan bildirilib ki, hazırda bank fiziki və hüquqi şəxslərə verdiyi kreditlərin məbləğini azaltmaqla məşğuldur.
"Bankın müştərilərdən təxminən 25 milyon manat alacağı var. Bunlar problemli kreditlərdir. Amma həmin kreditlərin əksəriyyətinin girov təminatı var. Əsasən də daşınmaz əmlaklar girov qoyulub. Hazırda girovların satışını həyata keçiririk. Yəgin ki, yanvar ayının sonuna qədər "Bank of Azerbaijan" kreditləşməni və digər bank xidmətlərinin göstərilməsini bərpa edəcək" - deyə bank rəsmisi bildirib.
Bankdan "Bank of Azerbaijan"da yerləşdirilmiş əmanətlərin taleyi barədə da məlumat verilib: "Əmanətləri əlimizə pul gəldikcə qaytarırıq. Elə də çox qalmayıb".
Xatırladaq ki, "Bank of Azerbaijan" son vaxtlar üzləşdiyi maliyyə problemləri ilə gündəmdədir. Bank məşhur iş adamı Hafiz Məmmədova məxsusdur.
Mənbə:> Virtualaz.org