Mərkəzi Bankdan daha bir banka qadağa
AZXEBER.COM xəbər verir ki, bu barədə fins.az-a bankdan bildirilib. Bununla yanaşı, kredit təşkilatından qadağanın səbəbi barədə açıqlama verilməyib.
Yalnız o bildirilib ki, bank əmanət qəbul edə bilmədiyi üçün kreditləşməni də dayandırmağa qərar verib.
Xatırladaq ki, bir qədər əvvəl məhkəmə çəkişməsi ucbatından "Yunayted Kredit Bank"ın həm ölkədaxili, həm də ölkəxarici hesablarına həbs qoyulmuşdu. Son nəticədə bankın əmanətçiləri pullarını geri götürə bilmirdilər. Hazırda isə bankdan bu problemin həll olunduğu bildirilir.
Mənbə:> AZXEBER.COM