Azərbaycanda bağlanan bank kreditlərin qaytarılmasını tələb edir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanda bağlanan bank kreditlərin qaytarılmasını tələb edir

Azərbaycanda bağlanan bank kreditlərin qaytarılmasını tələb edir


Bir müddət əvvəl Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən lisenziyası ləğv edilmiş “Azərbaycan Kredit Bankı” kredit borclarının qaytarılması ilə bağlı müştərilərinə müraciət edib.

Oxu.Az xəbər verir ki, müraciətdə bildirilir:

“Hal-hazırda kreditlər üzrə ödənişlər bankın Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 167A (əvvəlki Nizami 111) ünvanında yerləşən baş ofisində həyata keçirilir.

Bankın lisenziyasının ləğv edilməsi borcalanları kredit müqaviləsi üzrə öhdəliklərdən azad etmir. Bununla əlaqədar, kredit müqaviləsinin şərtlərinə uyğun qaydada ödənişlərin gecikdirilmədən həyata keçirilməsi zəruridir”-deyə, bank qeyd edib.

Bank bildirib ki, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Xatırladaq ki, lizenziyası ləğv edilməmişdən qabaq AMB adıçəkilən banka müvəqqəti inzibatçının təyin edilməsi barəsində qərar qəbul etmişdi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *