Makedoniya NATO-ya görə adını dəyişməyə hazırdır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Makedoniya NATO-ya görə adını dəyişməyə hazırdır

Makedoniya NATO-ya görə adını dəyişməyə hazırdır


Makedoniya NATO-ya daxil olmaq üçün adını dəyişməyə hazırdır.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Zoran Zayev MRT telekanalının efirində bildirib.

Zayev bildirib ki, ölkə respublikanın Aİ-yə inteqrasiyasını sürətləndirmək üçün çalışan Yunanıstanın təklifi ilə Alyansa Sabiq Yuqoslaviya Respublikası Makedoniya adı ilə daxil olmağa hazırdır.

Afina qonşu respublikanın adını dəyişdirməyə çalışır ki, onu Yunanıstanın Makedoniya vilayəti ilə səhv salmasınlar.

Keçən həftə Yunanıstanın baş naziri Aleksis Tsipras Zayevi vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib və adla əlaqədar mübahisəni xatırladıb.

Daha sonra makedoniyalı baş nazir bildirib ki, yaxın aylarda “ölkəyə tamhüquqlu üzvlük üçün qapıları açacaq” NATO-nun baş katibi Yens Stoltenberqin Skopye şəhərinə səfəri gözlənilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *