Tsipras: Yunanıstan kompromisə hazırdır
Yunanıstan kompromisə hazırdır, buna görə də kreditorlarla razılıq bu gün əldə oluna bilər.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bu barədə Yunanıstanın Baş naziri Aleksis Tsipras Avro zonanın sammiti öncəsi bəyan edib.
“Mən daha bir kompromisə hazıram. Əgər hamı bunu istəsə, biz bu gün razılıq əldə edə bilərik. Bu, bizim Avropa xalqlarına borcumuzdur”, - o deyib.
Mənbə:> Oxu.Az