Mehman Hüseynovun məhkəməsinin vaxtı açıqlanıb » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Media

Mehman Hüseynovun məhkəməsinin vaxtı açıqlanıb

Mehman Hüseynovun məhkəməsinin vaxtı açıqlanıb


Blogger Mehman Hüseynov barəsində hökmdən verilən apellyasiya şikayətinə baxılacaq vaxt məlum olub.

AzNews.info-nun APA-ya istinadən xəbərinə görə, şikayətə martın 29-da Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, M.Hüseynov Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

M.Hüseynov Nəsimi rayon Polis İdarəsində saxlanılarkən təzyiqə məruz qalması barədə açıqlama verəndən sonra Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev onunla bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. O, bloggerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *