Mehman Hüseynov polis tərəfindən saxlanılıb – YENİLƏNİB
Blogger Mehman Hüseynovun nədə ittiham olunduğu məlum olub.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, vəkil Elçin Sadıqov bildirib ki, M. Hüseynov hazırda Nəsimi rayon Məhkəməsindədir.
O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə ittiham olunur.
11:53
Blogger Mehman Hüseynov Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Oxu.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.
O bildirib ki, M.Hüseynov daha sonra Nəsimi Rayon Məhkəməsinə aparılıb: “Mehman hazırda məhkəmədədir”.
Mənbə:> Oxu.az